Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-16 17:52:00
UNEC QS Regional reytinqində 30 pillə irəliləyib

QS Reytinq Agentliyinin 2021-ci il üçün “QS İnkişaf Etməkdə olan Avropa və Mərkəzi Asiya” regionu üzrə reytinq cədvəlində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) regionun 221-230 ən yaxşı universiteti arasında qərarlaşaraq, ötən ilki nəticə ilə müqayisədə 30 pillə yüksəlib.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, ötən illə müqayisədə indikatorlar üzrə topladığı balları artıran UNEC, builki nəticələrə görə bir pillə yüksəlib və Azərbaycanın ən reytinqli 2-ci universiteti olub. İxtisaslaşmış Azərbaycan universitetləri arasında isə UNEC birinci yerdədir.

 

Reytinq təşkilatında UNEC-in əldə etdiyi ən yaxşı nəticə  “İşəgötürənlər reputasiyası” indiqatoru üzrə olub. Region universitetləri arasında 96-cı ən yaxşı nəticəni əldə edən UNEC Azərbaycan universitetləri arasında birinci yerdə qərarlaşıb.

 

“Akademik Reputasiya” indikatoru üzrə  ötən illə müqayisədə 17 pillə irəliləyən UNEC regionda 136-cı,  Azərbaycanda isə ikinci ən yaxşı nəticəni əldə edib.