Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 11:28:00
 BMU yeni teledərslər təqdim etdi  

 

Bakı Mühəndislik Universitetinin (BMU) cari tədris ilinin oktyabr ayından start verdiyi “Teledərs” layihəsi çərçivəsində yeni dərslər təqdim olunub. Universitetin saytında (www.beu.edu.az) yaradılan “Teledərs” bölməsinə Biologiya müəllimliyi ixtisası üzrə bir laboratoriya dərsi, Biznesin idarə edilməsi, eləcə də Avtomatika və elektroenergetika ixtisasları üzrə iki nəzəri dərs yerləşdirilib.

 

AzEdu.az-ın məlumatına görə, artıq 10-cu həftədir həyata keçirilən layihə çərçivəsində ümumilikdə, 36 dərs tələbələrin ixtiyarına verilib.

 

Mövcud pandemiya şəraitində tədrisə marağın azalmamasını təmin etmək məqsədi daşıyan teledərslərdən BMU tələbələri ilə yanaşı, eyni ixtisaslar üzrə təhsil alan digər universitet tələbələri yararlana bilər.

 

İngilis dilində hazırlanan dərsləri https://beu.edu.az/az/page/teleders-190/ linkinə daxil olaraq istənilən zaman izləmək mümkündür.