Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-14 10:42:00
DİM-dən zal nəzarətçisi olmaq istəyənlərə müraciət -CAVAB GÖNDƏRİLƏCƏK 

Zal nəzarətçisi fəaliyyətinin sertifikatını almaq üçün ali təhsilli, tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq hər hansı bir təşkilatda hal-hazırda işləyən (və ya iş yerinin olub-olmamasından asılı olmayaraq pedaqoji profilli ixtisaslar üzrə bakalavr ixtisas dərəcəsi olanlar), məhkumluğu olmayan, yaşı 25-45 (cari zal nəzarətçiləri bazasında olanlar üçün 25-55) arasında olan fiziki cəhətdən sağlam Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər.

 

İlkin mərhələdə namizədin sənədləri yoxlanılır və təhsili, fəaliyyəti, iş təcrübəsi və digər məlumatların dəqiqləşdirilməsi ilə bağlı ilkin müsahibə keçirilir. Müsahibənin nəticəsi müsbət olduqda namizəd ümumi intellekt səviyyəsinin və psixoloji vəziyyətinin yoxlanılması üçün nəzərdə tutulan məntiq və psixometrik suallardan ibarət test imtahanına dəvət edilir. Test imtahanının vaxtı və yeri ilə bağlı məlumat namizədin  e-poçt ünvanına və ya mobil telefon nömrəsinə göndərilir.

 

İlkin test imtahanından uğurla keçən namizədlər təlimlərə cəlb edilir. İntellekt səviyyəsini yoxlayan test imtahanından 40% müsbət nəticə göstərməyən ya psixometrik testlərin nəticəsi məqbul olmayan namizədlər növbəti mərhələyə buraxılmır.

 

AzEdu.az DİM-ə istinadən xəbər verir ki, imtahanla bağlı qeydiyyatdan keçən hər bir şəxsə məlumat göndəriləcək.

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları