Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-12-08 15:59:00
Koronavirusun evdə müalicəsi ilə bağlı TƏHLÜKƏ XƏBƏRDARLIĞI

“Bu gün xəstələrin xəstəxanaya ağırlaşmış halda daxil olması həkimlərin işini çətinləşdirir”.

 

AzEdu.az  xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında operativ qərargahın brifinqində deyib.

 

Onun sözlərinə  görə, vətəndaşlar sosial şəbəkələrdə özünü müalicə reseptləri paylaşırlar:

 

“Vitaminlər və bəzi qandurulaşdırıcılar qəbul edilir. Bu xəstəliyin müalicəsi ilə bağlı həkim təyinatı əsasında dərman qəbul olunmalıdır”.

 

“Xüsusilə də hormonal preparatlar həkim təyinatı olmadan qəbul edilə bilməz. Bu siyahıya antibiotik və antiviral dərmanlar da daxildir”, - deyə o qeyd edib.