Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-24 14:32:31
Polşada təhsillə bağlı ən çox verilən suallar – Cavablar AzEdu.az-da

 

Polşa keyfiyyətli təhsil, yaşam tərzi baxımından bir çox tələbələri cəlb edir. Son illərdə burada təhsil almaq istəyənərin sayı artmaqdadır.

AzEdu.az polşada təhsillə bağlı sual və cavabları təqdim edir. Sualları CELT xaricdə təhsil mərkəzinin Polşada təhsil üzrə koordinatorları cavablandırır.

Polşa və Latviyada  ingiliscə Busines Admiration təhsili üçün illik ödəniş və yaşam xərcləri  nəqədərdir? Hansının təhsili daha çox inkişaf edib?

-Bu ölkələrdə təhsil haqqı 3000-4000 avro civarındadır. Aylıq yaşam xərci təqribən 500 avro olar. Bunların arasında nisbətən Polşa inkişaf edib. Amma sizə Macarıstan variantını da təklif edirəm. Biznes elə 4000 avrodur orda da.

Polşada magistratura pilləsi üzrə təsil üçün nə qədər İELTS lazımdır? Yaşam xərcləri nə qədərdir?

-Magistr üçün İELTS 6.5 lazımdır. Təxmini yaşam xərci 500 avro civarındadır.

-Mən 4-cü kursa oxuyuram. Polşada təhsil üçün nə vaxt müraciət edə bilərəm?

 -Artıq dekabrdan müraciətə başlaya bilərsiniz.

-Polşada magistr təhsili almağı düşünürəm. Dövlət universitetlərində təhsil haqqı və böyük şəhərlərdə yaşam xərci nə qədərdir?

-Polşada təhsil haqqı elə də yüksək dəyil. 4000 avrodan aşağıdır. Yaşam xərci təqribən 400-800 avrodur. Xərcləməyinizdən asılıdır.

-Mənim fizika biliklərim çox zəifdir. Riyaziyyat nisbətən yaxşıdır. Kompüterə marağım çoxdur. Polşada 1 il hazırlıq oxusam, mənə fizikanı 0-dan öyrədib, riyazi biliklərimi gücləndirəcəklər?ümumiyyətlə, orada kompüter elmlərini oxumaq üçün hansı fənləri bilməkm zəruridir?

-Polşada hazırlıq sadəcə ingilis dilini əhatə edir. Bunu Macarıstanda edə bilərsiniz. Amma 0 biliyinizin olması bir az problem ola bilər. Siz ölkədən çıxa qədər riyazıyyatdan hazırlaşmalısınız. Bu zaman hazırlıq oxuya biləcəksiniz.

-İELTS olmadan Polşa universitetlərində təhsil almaq mümkündür? Və ya İELTS-i sonradan ermək şərti ilə bu ölkənin top universitetlərindən qəbul almaq olar?

-Bu dövlətlərdə mümkün deyil. Sizi özəl universitetdə bir il hazırlıq keçib sonra dövlət universitetində oxuya bilərsiniz. Bəzi dövlətlərdə ingilis dili hazırlığı sonra bakalavr oxumaq da mümkündür.

-Polşada business admiration oxumaq üçün dövlət universitetlərində təhsilhaqqı nə qədərdir?

-Polşada təhsil haqqı təqribən 2000-3500 avro arasındadır.

-Polşada təhsil şərtləri necədir? Aylıq yaşam xərci və ingiliscə olan fakültələrin təhsilhaqqısı nə qədərdir?

-Polşada aylıq yaşayış 4-500 dollardır. Şərtlərə əsasən bakalavr üçün attestat və IELTS tələb olunur. IELTS olmasa bir il hazırlıq kifayətdir. İllik təhsil 2500 avrodan başlayır.

-Mən bu il orta məktəbi bitirirəm.  Bakalavrı Varşava Universitetində oxumaq istəyirəm. bura qəbul üçün nə tələb olunur və təhsil xərcləri nə qədərdir? Və hansı universitetlərin diploma Azərbaycanda tanınır?

-Varşava Universitetinə qəbul olunmaq üçün orada imtahan verməlisiniz. Normalda Polşa universitetlərinin xərci 2-4 min avro arasında olur. Yaxşı universitetlər dövlət tərəfindən tanınır.

-Mən Polşa universitetlərini bitirdikdən sonra Avropq və digər ölkələrdə işləyə bilərəm? Polşa diplomları neçə ölkədə tanınır?

-Polşa Dövlət universitetlərinin diplomu hər yerdə tanınır. İş tapmaqda sizə hansısa əngəl olmayacaq.

-Polşada beynəlxalq əlaqələr təhsili üçün ən yaxşı universitet hansıdır? Bunun üçün neçə İELTS tələb olunur?

-Polşada  Bakalavr təhsili almaq istəyirsinizsə, Jagellonian, Varşava, Lazarski universitetləri məsləhətlidir. İELTS 6.0 yığmağınız məsləhətdir. Polşaya qəbul olarkən Universitetlər bir sıra sənəd istəyir, qəbulu bir az çətindir.

-Mən xaricdə beynəlxalq münasibətlər fakültəsində təhsil almaq istəyirəm. internet vasitəsilə araşdırmışam. İnternational relation adn european studies yazılmışdı.  Bu fakültələr ayrılıqdadır? Ya iki fakültə biryerdə götürülür. Beynəlxalq münasibətləri bitirənin diplomat olmaq şansı nə qədərdir? Bunun üçün riyaziyyat nə qədər önəmlidir? Mənim riyazi biliklərim zəifdir. LaZariski universitetinə daxil olmaq üçün nə qədər İELTS tələb olunur?

-Lazarskidə baxdığınız proqram double degreedir. Yəni ki, sizə iki ildən sonra həm Lazarskinin, həm də Böyük Britaniyanın Coventry universitetinin diplomu veriləcək. Proqramın adı Beynəlxalq Əlaqələrdi, amma siz birinci ildən sonra ya European Administration ya da Contemporary Politics sahəsində ixtisaslaşa bilərsiniz. Yəni beynəlxalq əlaqaləri seçib European Administration sahəsi üzrə professionallaşa bilərsiniz. Riyaziyyyat biliyinə ehtiyac yoxdur. Lazarski universitetinə qəbul olmaq üçün İELTS 5.5 almağınız kifayətdir

-İELTS 5.5 iVarşava Dövlət Universitetinə qəbul olunma ehtimalım nə qədərdir?

 -Varşava Universitetində 6.0 IELTS balına ehtiyacınız olacaq.

-Polşada bakalavr pilləsi üzrə təhsil almaq istərdim. Attestatımda 3 olması buna əngəl yaradar?

-Məktəbi bitirən kimi Polşada bakalavr təhsili ala bilərsiniz. İlliyi 3000-5000 manatdır. İELTS 6.0-6.5 tələb olunur. Biri 3 olsa problem olmaz. Əsas odur ki, orta balınız yüksək olsun.

-Polşada petroleum engineering ixtisası var ?

-Petroleum Eningeering var, amma Polyak dilindədir. Gərək öncə polyakcanı  öyrənəsiniz.

-Mən Bakıda özəl universitetdə 1 il bakalavr təhsili almışam. Polşa universitetlərinin birinə attestatla qəbul olunsam, foundationa ehtiyac olacaq?

-Əgər İELTS sertifikatınız varsa birbaşa bakalavrdan başlaya bilərsiniz.

-Niyə Polşada oxumalı?

-Yüksək keyfiyyətli polyak təhsil sistemi: peşəkar mütəxəssislər yetişdirən polyak təhsil sisteminin 650 illik tarixi var. Bu sistemdən təkcə Polşa yox, dünyanın bir çox ölkələri fayda götürüb. Polyaklar peşəkarlığı və innovasiyanı getdikləri hər yerdə nümayiş etdirəməyə çalışıblar. Misal üçün,19-cu əsrdə Çilidə geologiya üzrə araşdırma mərkəzi quran İqnasi Dameyko, 1872-1876-cı illərdə Peruda dünyanın ən hündürdə yerləşən dəmir yolu xəttini inşa edən Ernest Malinovski, müasir antroplogiyanın yaradıcısı Branislav Malinovski bu siyahıda yer alır. On nəfər Nobel Mükafatını qazanıb. Bu mükafatın 2 dəfə laureatı olmuş 4 nəfərdən bir olan Mariya Sklodovska Küri, fizika və kimya sahəsində bir sıra xidmətləri var. Artıq 14-cü əsrdən başlayaraq polyak təhsil sistemi öz ənənələrini yaratmağa başlayır. Krakovda yerləşən və Mərkəzi Avropada sayca 2-ci universitet olan Jagiellonian Universiteti 1364-cu ildə təsis edilib. Polşa universitetləri indi də həmin ənənələrə sadiq qalaraq elmə öz töhvələrini verirlər. Varşava Universiteti Avropanın İnformasiya və Texnologiya sahəsi üzrə ən güclü universitetlərindən sayılır. Sistemin keyfiyyətinə Dövlət Akkreditasiya Komitəsi nəzarət edir. Son dövlərdə Polşa iqtisdiyyatı sürətli inkişaf etsə də, bir çox AB ölklərindən daha ucuz həyat şəraitinə malikdir. Yemək, nəqliyyat və yerləşmək üçün 200-400 avro civarında pul kifayət edir. Minimum illik təhsil haqqı 2000 avrodur ki, bu da ortalama AB normasından aşağıdır. Bakalavr 3 akademik il (6 semestr), magistratura üçün ixtisasdan asılı olaraq 1.5 – 2 il lazımdır.

-Çexiya və Polşada təhsillə bağlı məlumat verə bilərsiniz?

Çexiya üçün qəbula gecikmisiniz, çünki oranın viza prosesi uzun çəkir. Amma Polşada qəbul hələ də davam edir. 1-2 dövlət universitetində computer science təklif edən ingiliscə proqramlar var. Qəbul üçün İELTS və müvafiq bakalavr diplomu lazım olacaq. Təhsil haqqı təqribən 3-4 min avrodur. Computer science daha geniş imkanlar Macarıstanda mövcuddur. Bir çox universitetlərində computer science ixtisası təklif edən ingiliscə proqramlar var. Təhsil haqqı 6500 dollardır. Lakin təhsil baxımından Polşa universitetlərindən heç də geri qalmır. Ora da yenə də bakalavr diplomu və İELTS balı lazımdır.İELTS balı yoxdursa, yaxşı İngilis dili biliyi lazımdır.

-Mən bu il 11-ci sinfi bitirirəm. Bakalavr təhsilimi Polşada almaq istəyirəm. Varşava Universitetinə qəbul apara bilərsiniz?bəs özəl universitetlərdən hansını məsləhət görürsünüz?

Salam Varşava Universiteti qəbul aparmaq mümkündür. Qəbul üçün 9-11-ci sinif qiymətləri və ingilis dil biliyini sübut edən sənəd olmalıdır (məs, IELTS). Özəllərdən Vistula University, Kozminski və Lazarkski University məsləhətdir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları