Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-19 17:36:00
Türkiyənin məşhur universiteti şəhid övladlarına təhsil dəstəyi verəcək – Rektordan  açıqlama  

“Nişantaşı Universiteti şəhid olan  əsgərlərin və mülki  əhalidən şəhid olanların övladlarından 20 nəfərə təqaüd proqramı verməyi öhtəsinə  götürüb”.

 

Bunu AzEdu.az-a açıqlamasında Nişantaşı Universitetinin rektoru  professor  Şenay Yalçın deyib.

 

O, qeyd edib ki, ölkəmizin verdiyi haqq savaşında Türkiyə universitetlərinin də payının olması sevindirici haldır:

 

“Azərbaycanın şanlı qələbəsini təbrik etmək üçün 4 noyabrda qardaş ölkəyə gəldik. Əvvəl Gəncə şəhərində 3 gün qaldıq, sonra isə Bakıya qayıtdıq. Azərbaycan torpaqları 30 ilə yaxındır ki, Ermənistan tərəfindən işğal  edilmişdi. Lakin 27 sentyabrdan etibarən Azərbaycan  torpaqlarının azad edilməsi uğrunda mübarizəyə başladı. Allaha şükür olsun ki, qısa bir müddətdə  torpaqlar işğaldan azad edildi. Müharibə  başladığı ilk zamanlardan Ermənistan sivil əhalini hədəfə almağa başladı. Bu hücum insanlıqdan kənar və beynəlxalq hüquqa zidd  idi. Mülki əhaliyə edilən bu terror aktları əsla qəbul edilə bilməz. Biz qərar verdik ki, Gəncə Dövlət Universiteti ilə birlikdə Ermənistanın insanlıqdan kənar etdiyi bu hərəkəti dünyaya çatdıraq. Özəlliklə dünyada olan universitet rektorlarına və səfirliklərinə  bu terror aktlarının qəbulediləməz olduğunu anlatmağa çalışacayıq. Nişantaşı Universiteti ilə Gəncə Dövlət Universiteti arasında qərar imzalandı.  Biz Gəncədə olmaqla iki dövlətin bir olmağını və qardaşlarımıza hər zaman dəstək olduğumuzu göstərdik. Gəncə Dövlət Universitetində həm onlayn, həm də ənənəvi formada iclas keçirildi. Görüşümüzün sonunda dünya universitetlərinin rektorlarına göndərəcəyimiz  qətnaməni qəbul etdik. Savaş əsnasında şəhid olan  əsgərlərin və mülki əhalidən şəhid olanların övladlarına Nişantaşı Universiteti olaraq dəstək verməyi qərara aldıq. Bu kateqoriyaya daxil olan 20 nəfərə təqaüd proqramı verməyi öhtəmizə götürdük. Sabah Emin Əmrullayevlə görüşümüz zamanı təkliflərimizi ona da təqdim edəcəyik”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları