Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-04 10:24:00
Kabildə universitetə silahlı basqın nəticəsində həyatını itirənlərin sayı artıb

Ötən gün Əfqanıstanın paytaxtında yerləşən Kabil Universitetinə edilən silahlı hücum nəticəsində həyatını itirənlərin sayı 35-ə yüksəlib.

 

AzEdu.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə Əfqanıstan hökumətindəki mənbələrə istinadən məlumat yayıb.

 

Xatırladaq ki, noyabrın ikisində Kabil Universitetində yüksək vəzifəli şəxslərin iştirakı ilə “Əfqanıstan-İran Dostluq Kitab Sərgisi”nin açılışı zamanı partlayış baş verib, ardınca isə bir qrup silahlı şəxs universitetin hüquq fakültəsinin yaxınlığında insanlara atəş açmağa başlayıblar.

 

İnsidentin baş verdiyi əraziyə Əfqanıstanın xüsusi xidmət orqanlarının hərbçiləri cəlb edilib.

 

Hücumu həyata keçirən silahlılardan üçü öldürülüb.

 

Əfqanıstan hökuməti üç noyabr tarixini milli matəm günü elan edib.