Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-03 11:54:00
Ermənistan Müdafiə Nazirliyi: “Xocavənd istiqamətində taktiki geri çəkilmişik”

Ermənistan ordusu gecə boyu cəbhənin müxtəlif istiqamətlərində geri çəkilib.

 

AzEdu.az  xəbər verir ki, düşmən Xocavənd istiqamətində geri çəkildiyini etiraf edib.


“Bütün gecə cəbhənin şərq, cənub-şərq və cənub istiqamətlərində döyüşlər davam edib. Cəbhənin şərq istiqamətində (Ağdam-Xocavənd) bölmələrimiz bir neçə mövqedən taktiki geri çəkilərək müdafiə olunmaq üçün daha əlverişli mövqelər qurub” - deyə Ermənistan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

 

Ermənistan tərəfi Azərbaycan Ordusunun yüksək döyüş hazırlığını və operativ-taktiki vəziyyətə tam hakim olduğunu etiraf edib. (Modern.az)