Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-03 09:54:00
ADNSU-nun birinci kurs tələbələrindən ikisi Prezident təqaüdünə layiq görülüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin birinci kurs tələbələrindən ikisi Prezident təqaüdünə layiq görülüb.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin informasiya təhlükəsizliyi ixtisasına qəbul olan Səbuhi Bürcəliyev və Əhməd İsmayılzadəyə Prezident təqaüdü veriləcək.

 

Xatırladaq ki, Prezident İlham Əliyevin “2020/2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 29 oktyabr tarixli Sərəncamına əsasən 102 tələbə bu təqaüdə layiq görülüb.