Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-02 10:00:00
Rektordan tələbələr çağırış: “Dekanlarınıza müraciət edin”

“Əziz tələbələr, bu gün iki həftəlik fasilədən sonra yenidən dərslərə başladıq. I kursa qəbul olmuş tələbələrin ilk dərsləri də məhz bu gün başladı. Dərslər bu dəfə də distant formada təşkil ediləcək. Bir sıra tələbələrin bu və ya digər səbəbdən distant dərslərə qoşulmasında problemlər istisna edilmir”.

 

AzEdu.az xəbər verir ki, bu fikirləri UNEC-in rektoru Ədalət Muradov bildirib. O, tələbələrə uğurlar arzu edib:

 

“Bizdən asılı olduğu halda həmin problemləri həll etməyə çalışacağıq. Yaranmış problemlər haqqında dekanlarınıza müraciət edin. Bütün hallarda mövcud vəziyyətə anlaşıqlı yanaşmağınıza ümid edir və hər birinizə uğurlar arzulayıram. Biz sizlərin yanındayıq”!

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları