Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-21 12:45:00
“Təhsil islahatları dərinləşməkdə davam edir” - Baş nazirin müavini

"Son illər Azərbaycanda təhsil islahatları dərinləşməkdə davam edir və bu istiqamətdə görülən işlər öz bəhrəsini verir".

AzEdu.az-ın xəbərinə görə, bunu baş nazirin müavini Əli Əhmədov Təhsil Nazirliyinin hesabat tədbirində çıxışı zamanı deyib. 

Əli Əhmədov qeyd edib ki, Azərbaycanda dərin islahatlar həyata keçirilir: "İqtisadiyyatdan tutmuş digər sahələrə kimi biz həyatımızı islahatlardan kənarda təsəvvür etmirik. Təhsil sferası da islahatlar məfhumundan kənarda qala bilməz. İqtisadiyyatla, təhsillə bağlı hədəflərimiz tamamilə aydındır. Azərbaycanda elm, təhsil məhsuldar qüvvənin tərkib hissəsi çevrilməlidir. Təhsilin inkişafı Azərbaycan cəmiyyətinin mədəni səviyyəsinin, iqtisadiyyatın daha yuxarı pilləyə qalxmasına, dövlətin qüdrətinin artmasına gətirib çıxarmalıdır".