Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-11-01 16:08:00
Masallılı məzun Prezident təqaüdünə layiq görülüb

Masallı rayonunun Qızılağac kəndi Sübhan Xəlilov adına 1 nömrəli tam orta məktəbinin məzunu Azər Ramazanlı bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.

 

AzEdu.az xəbər verir ki, Azər Ramazanlı təhsil aldığı məktəbi qızıl medalla bitirib. O, respublika fənn olimpiadalarının final turunda gümüş medal qazanıb, Masallı rayonunda təşkil olunan müxtəlif bilik və intellektual yarışlarda uğurla çıxış edib.(Azərtac)