Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-20 10:47:21
İtaliyada oxumaq istəyənlərin diqqətinə - Bu sənədləri toplayıb, bu şərtlərə əməl edin  

Hətta təhsilin ən yüksək inkişaf dövrünü yaşayan ölkələrdə  də insanlar, bəzən, xaricdə təhsil almaq istəyirlər.

Azərbaycanda da xarici ölkələrdə təhsil almaq istəyənlər çoxdur. Kimisi, ABŞ, kimisi Avropa ölkələri, kimisi Çin və digər yerlərdə təhsil almağı hədəf seçib.

Bu şansdan yararlanmaq üçün  AzEdu.az  xarici ölkələrdə təhsil almaq və ya təhsilini  davam  etdirmək istəyənlərə məlumatları verməkdə  davam edir. 

Bu dəfə isə İtaliyada təhsil almaq üçün İtaliya Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən qəbul sənədlərini təqdim edirik:

2017- 2018 tədris ilində İtaliya Konsulluq  şöbəsinə  “pre-iscrizione” (tələbələr üçün nəzərdə tutulan viza)  üçün müraciət edən tələbələrdən tələb olunan sənədlər aşağıdakılardır:

Anket və 1 ədəd fotoşəkil:

Fotoşəkil 3.5×4.5a ölçülü, ağ fonda rəngli olmalıdır. Anketin hər bir xanası çap hərfləri ilə Azərbaycan, ingilis və ya italyan dilində doldurulmalıdır.
Ərizəçi yaşadığı yerin ünvanını, əlaqə nömrələrini qeyd etməli və anketə imza atmalıdır. Ərizə forması VisaMetric İtaliya Viza Mərkəzindən ödənişsiz şəkildə əldə edilə bilər;

2.İtaliya universitetləri tərəfindən qəbul sənədi;

3.İtaliyanın Bakıdakı Səfirliyi tərəfindən təsdiqlənmiş  əvvəlki təhsilə dair müvafiq sənədlər;

4.İtalyada yaşayış yerini təsdiqləyən sənəd

Təhsil alacağı universitet tərəfindən İtaliyada qaldığı müddəti əhatə edən yaşayış sənədi və ya rəsmi icarə müqaviləsinin əsli və surəti, icarə haqqının ödənişini təsdiqləyən müvafiq sənəd və icarədarın şəxsiyyət vəsiqəsinin surəti (ən azı bir aylıq kirayə müqaviləsi və ya iki həftəlik mehmanxana rezervasiyası)

Bunlar olmadığı təqdirdə dəvət məktubu təqdim ediləməlidir.

İtaliya vətəndaşı və ya İtaliyada qanuni yaşayış icazəsi olan xarici vətəndaş tərəfindən dəvət məktubu və dəvət edənin şəxsiyyətini təsdiqləyən sənədin surəti

5.Maliyyə zəmanətləri

İtaliyada qalacağı bütün müddəti əhatə edən maliyyə zəmanəti(Aylıq 448,07 avro və ya 13 aylıq tədris ilini nəzərə almaqla illik 5824,91 avro)

Maliyyə zəmanəti şəxsi və ya vizaya müraciət edən şəxsin valideyni tərəfindən olmalıdır. Bank arayışı və beynəlxalq kredit kartı və ya İtaliya müəssisələri tərəfindən maliyyə zəmanəti tələb olunur.

*Universitetlər, yerli hakimiyyət, İtaliya diplomatik nümayəndəliyi tərəfindən tanınmış xarici müəssisələrin sponsorluğu qəbul olunur.

*Bank zaminliyi, nəğd pul və üçüncü şəxsin sponsurluğu qəbul olunmur.

6.Azərbaycana qayıtmaq üçün əlavə maliyyə zəmanətinin göstərilməlidir

İllik 5824,91 avro məbləğində hesablanmış hesaba əlavə dönüş biletinin məbləği də əlavə olunmalıdır.

7.Tibbi səyahət sığortası

İtalyada qalacağı müddəti əhatə edən (təhsillə bağlı) İNA –Assitalia tərəfindən verilmiş sığorta və ya İtalyada ilk 8 günü əhatə edən beynəlxalq tibbi sığorta təqdim olunmalıdır. İlk 8 gündən sonrakı müddətin İNA-Assitalia tərəfindən sığortalanması mütləqdir.

8.Bilet rezervasiyası – mütləq gediş biletini təqdim etməlidir.

9.Pasportlar

Ümumivətəndaş pasportu və bütün şengen vizalarının surəti.Ümumivətəndaş pasportunun etibarlılıq müddəti vizanın bitmə tarixindən 3 ay artıq və ən azı 2 səhifəsi boş olmalıdır və ümumivətəndaş pasportu 10 ildən artıq müddətə verilmiş olmalı deyil (Viza məcəlləsi).

*Vaxtı uzadılmış ümumivətəndaş pasportları qəbul olunmur.

Digər bütün pasportlar - ləğv olunmuş və etibarlılıq müddəti bitmiş pasportların əsli və surəti təqdim olunmalıdır.

Şəxsiyyət vəsiqəsi və surəti.

Qeyd edək ki, İtaliyada təhsil vizası üçün azərbaycan dilindəki bütün sənədlər, şəxsiyyət vəsiqəsi və pasportdan başqa, italyan və ya ingilis dilinə tərcümə olunmalıdır. Yuxarıda sadalanan bütün sənədlər İtaliyanın Bakıdakı səfirliyinin tələb etdiyi minimal sənədlərdir. Düzgün sənədlərin təqdim olunması vizanın verilməsinə zəmanət vermir. Diplomatik nümayəndəlik əlavə sənədlər tələb etmək hüququna malikdir.