Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-20 16:34:00
Sinif rəhbəri terror qurbanı Nigar haqqında məqalə yazdı – MƏTN

 

 

17 oktyabrda erməni vandalizmi tərəfindən Gəncədə baş verən terror aktı nəticəsində Gəncə şəhər K.Uşinski adına 29 nömrəli tam orta məktəbdə təhsil alan Nigar Əsgərova həlak olub.

 

Hadisənin ən ağrılı tərəflərindən biri  onun ad gününə bircə gün qalmış,18 oktyabrda 15 yaşının tamam olması idi.

 

Bir çox sosial şəbəkə istifadəçiləri həmin gün Nigarın ad gününü təbrik edərək ona rəhmət diləyiblər.

 

Gəncə şəhər 29 nömrəli tam orta məktəbin Azərbayacan dili və ədəbiyyat müəllimi  və Nigarın sinif rəhbəri Bəsti Cəfərova  onun haqqında məqalə yazıb.

 

AzEdu.az həmin məqaləni təqdim edir:

 

“5 il mən onun sinif rəhbəri oldum. Yadıma gəlmir ki, nə vaxtsa, məni incitsin. Sinif yoldaşlarının da heç vaxt xətrinə dəyməyib. Tərbiyəli davranar, oturuş-duruşunu hər zaman bilər və heç vaxt dərsə gecikməzdi. Mənim dərsim axrıncı saat olmasına baxmayaraq, dərs çıxışını gözləyər və mənimlə xudahafizləşib gedərdi. Hərdən ona deyirdim ki, bir az ucadan danışsana! O, isə sakitcə üzümə baxıb gülümsəyərdi....

 

Kitab palyanan zaman birinci onun kitablarını seçib verərdim ki, təzə kitablar ona qismət olsun. İndi də onun kitablarını saxlamışam. Nigarın evi bizim 29 nömrəli məktəbə yaxın idi. Bir gün dedim ki, Nigar dibçəkləri apar, yay müddətində onlara qulluq elə. Mənə yavaşca dedi ki, birdən suyunu az verərəm qoruyar, solar...

 

Ürəyim oludur...Belə bir şagird də ölərmi? O, heç bir qarışqanı da ayaqlamamışdı. O, bir mələk idi, uçdu getdi.... Allah ermənilərə lənət etsin, Amin!

 

O, gül kimi təmiz uşaq idi. İndi onun üstünə əkilən güllərə həmişə su tökməliyəm. Çünki o güllər də quruya bilər. O, cənnətə düşdü. Torpağımızın azadlığı uğrunda ömrünün bahar çağında şəhid oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin Qəbrləri nurla dolsun, Amin!”.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları