Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-10 14:03:00
Azərbaycan tələbələr sosial mediada tərəfkeşliyinə son qoyulmasını tələb etdilər

Azərbaycanlı tələbələr “Facebook” və “Instagram” sosial şəbəkələrinin rəhbərlərindən obyektivlik tələb edirlər. 

 

Azərbaycanlı tələbələr adıçəkilən şirkətlərə məktub ünvanlayaraq, “Facebook” və “Instagram”da işğalçı Ermənistanı dəstəkləyən postlara üstünlük verilməsi, Azərbaycanın leyhinə olan paylaşımlara məhdudiyyət qoyulmasını pisləyiblər. 

 

Tələbələrin bu barədə müraciətində deyilir:

 

“Azərbaycan Vətən müharibəsi aparır. İllərdir həsrətində olduğumuz məqam gəlib çatıb. Ali Baş Komandanın rəhbərliyi altında ordumuz bir-birinin ardınca qələbələr qazanaraq, torpaqlarımızı düşməndən azad edir. Beləcə 30 ildir həsrət çəkən məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağı gün hər keçən gün yaxınlaşır. Lakin düşmən müzəffər ordumuzun döyüş bölgəsində qazandığı uğurlara sosial şəbəkələr vasitəsilə kölgə salmağa çalışır, hər cür təxribatlara əl atır. Belə ki, sosial şəbəkələrdə yayılmış video dəlil nəticəsində aparıcı social platformalar – “Facebook və “Instagram”da çalışan erməni əsilli işçilərin Azərbaycan əleyhinə fəaliyyət göstərdiyi müəyyən olunub. Hazırda həmin qlobal şirkətlərin erməni əsilli əməkdaşlarının fəaliyyəti Azərbaycanlı sosial media istifadəçilərinin haqq səsinin susdurulmasına, erməni yalanlarının daha da geniş yayılmasına kömək etməyə yönəlib. 

 

Biz, Azərbaycan gəncliyi fəal sosial media istifadəçiləri kimi buna imkan verməməli və ordumuzun döyüş meydanında qazandığı qələbələri social media platformaları üzərindən də möhkəmləndirməliyik. Bunun üçün sizləri “Facebook” və “Instagram” kimi şirkətlərə müraciət ünvanlayaraq, onların erməni əsilli işçilərinin Azərbaycanlılara qarşı diskriminasiyasına son qoymağı tələb etməyə çağırırıq. Bu şirkətlərdən obyektivlik və bitərəflik kimi dəyərlərinə sadiqlik tələb olunmalıdır. Bunun üçün həmin şirkətlərin rəhbərliyinə ünvanlanacaq məktub layihəsi əlavə olunur”. 

 

[email protected]

[email protected]

[email protected]

[email protected]

Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!

Dear Facebook Management,

I would like to report violation of Facebook rules by some of your employees.

 

As you know, there is an ongoing war between Azerbaijan and Armenia over Nagorno-Karabakh region, which is an internationally recognized territory of Azerbaijan. Expectedly, there is vast media coverage of this matter on social media and users from both the Azerbaijani and Armenian side actively engage in the comment section and share posts.

 

However, I have recently found a post, in which an Armenian user openly reveals that there are numerous ethnic Armenians working at Facebook and helping their Armenian compatriots against Azerbaijani users. It means that some Armenian employees of Facebook are trying to use their position against Azerbaijan and Azerbaijani users of Facebook. This is unacceptable, unethical, and against the values and principles of the Facebook community.

 

In this regard, I call on you to take urgent measures on this matter. All users are free to express their opinions on any social media. Regardless of their ethnicity, Facebook employees must not show prejudice or bias towards users and may not misuse their position to silence users based on their nationality, ethnic background or any other affiliation.

 

Thank you for considering this urgent reply!

 

Modern.az