Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-17 17:07:14
“Tibb Universitetində  son illərdə  7 kafedra bağlanıb,  yaşlı 13  müdir isə vəzifədən azad edilib”

“Tibb Universitetindəki tədris metodunu Avropa standartlarına uyğunlaşdırmaqdan ötrü bir sıra dəyişikliklərə ehtiyac var idi. Bu məqsədlə, görülən işlərdən biri də son illər ərzində 7 kafedranın bağlanmasıdır. Qeyd edim ki, Tibb Universitində  yaşlı müəllimlərin tədris aparması ilə bağlı da narazılıqlar olurdu. Hazırda isə 13 kafedra  müdiri  yaş səbəbi ilə vəzifəsindən azad edilib”. 

Bu sözləri AzEdu.az-ın ixtisas seçimi ilə bağlı treninqi zamanı Azərbaycan Dövlət Tibb Universitetinin Tədris işləri müdiri Samir Cavadov deyib. O, aparılan təhsil islahatlar nəticəsində bir sıra boşluqların aradan qaldırıldığını vurğulayıb:

“Son illərdə SSRi-də yaradılan bir sıra ixtisas və kafedralar ləğv olunaraq, bu günün təlabatına uyğun ixtisas və kafedralar qurulur. Universitetimizdə 4 klinika fəaliyyət göstərir və bunun nəticəsində, artıq tibb tələbələri əvvəlki kimi şəhərin müxtəlif yerlərinə getmirlər. Bu, yalnız ehtiyac olduğu hallarda həyata keçirilir. Beləcə, tələbələrin gediş-gəlişi üçün vaxt itkisi problemi də aradan qaldırılmış olub”.

Qeyd edək ki, AzEdu.az  17 iyunda abituriyentlərə düzgün ixtisas seçimində kömək etmək məqsədilə,  xüsusi treniniq keçirib.

Treninqdə I ixtisas qrupu üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, II ixtisas qrupu üzrə Azərbaycan Dövlət İqtisad Universitetində rektor köməkçisi Ramil Cabbarov, III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetinin Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Sani Hacıyev, IV ixtisas qrupu üzrə Azərbaycan Tibb Universitetinin Tədris şöbəsinin müdiri Samir Cavadov məruzəçi kimi çıxış ediblər.