Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-10-05 16:38:00
UNEC beynəlxalq elektron resurslardan istifadə imkanı təqdim edir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi oktyabrın 5-dən müəllim-tələbə heyəti üçün bir sıra bazalardan istifadə imkanı təqdim edir.

 

Universitetdən AzEdu.az-a verilən məlumata görə, türk dilində elektron kitablarla zəngin “HiperKitap” bazasında Türkiyənin 250 nəşriyyatında müxtəlif elm sahələri üzrə çap olunan 20 minədək kitab yerləşdirilib. İstifadəçilər “HiperKitap”da olan 18 mindən çox kitabı onlayn oxuya bilərlər.

 

Xarici dillərdə kitab, jurnal, məqalə ilə zəngin “ProQuest Ebook Central” bazasında isə dünyanın aparıcı 650 nəşriyyatında çap edilən 700 min adda müxtəlif sahələrə dair kitablar mövcuddur. Hər il təxminən 100 min yeni nəşr bazaya əlavə edilir.

 

Rus dilində kitab, jurnal, audionəşr ilə zəngin “İPR Books” bazasında 140 min kitab (hər ay 500-dən çox yeni kitab), 2 minə yaxın audionəşr onlayn və oflayn rejimdə istifadədədir.

 

Xarici dillərdə “JSTOR” bazası iqtisadiyyat, hüquq, sosial və siyasi elmlər, biznes, texnika, eləcə də incəsənətlə bağlı kitab, elmi jurnal və məqalələr daxildir. Bazada hər istifadəçi qeydiyyatdan keçməklə ayda 100 məqalə oxuya və ya yükləyə bilər.