Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-12 09:29:00
Sentyabrın 10-da keçirilən buraxılış imtahanlarında iştirak etməyənlərin sayı məlum olub

Sentyabrın 10-da keçirilən 9-cu sinif buraxılış imtahanlarında 18 307 nəfərin iştirakı nəzərdə tutulurdu.


Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, onlardan 1602 nəfər imtahana gəlməyib. 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib.

 

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu, 276 nəfər imtahana gəlməyib.