Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-11 11:23:00
AzTU məzunları Bestcomp Group şirkətində işlə təmin olunur

Bestcomp Group Şirkətində AzTU-nun Proseslərin avtomatlaşdırılması, Kompüter, Cihazqayırma mühəndisliyi və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə təhsil alan IV kurs tələbələri və məzunlarının işə qəbulu üçün müsahibəsi keçirilib.

 

AzEdu.az xəbər verir ki, görüşdə AzTU əməkdaşları da iştirak edib. 

 

Tələbə və məzunlar AzTU-nun təhsil layihələri, uğur qazandıqları müsabiqələr, beynəlxalq təcrübə proqramları haqqında təqdimatla çıxış edib, müxtəlif proqramlar çərçivəsində xaricdə aldıqları təhsillə bağlı təcrübələrini bölüşüblər.

 

Bildirilib ki, müsahibə mərhələsini uğurla keçən tələbə və məzunlar şirkətin müvafiq strukturlarında sınaq müddətinə işə qəbul olunacaq. Sınaq müddətini uğurla başa vuranlar şirkətdə işlə təmin olunacaq.