Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-10 15:58:00
Məktəbi  fərqlənmə attestatı ilə bitirənlər universitetə imtahansız qəbul olunur?- DİM sədrindən cavab  

 

“Fərqlənmə attestatı ilə məktəbi bitirən şagirdlər müsabiqədənkənar şəkildə ali məktəblərə qəbul oluna bilməzlər”.

 

Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Mələyke Abbaszadə DİM-in facebook canlı yayımında deyib.

 

O, qeyd edib ki, universitetlərə müsabiqədənkənar qəbul qaydalarında bu məsələ öz əksini tapmayıb:

 

“Ali məktəblərə respublika və beynəlxalq olimpiadaların qalibləri müsabiqədən kənar şəkildə qəbul oluna bilərlər.

 

Məsələn, coğrafiya olimpiadasının qalibi  II ixtisas qrupu üzrə universitet seçə bilər.Lakin kimya olimpiadasının qalibi II ixtisas qrupu üzrə seçim edə  bilməz”.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları