Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-09 13:44:00
Oksford Universiteti koronavirusa qarşı peyvəndin sınaqlarını dayandırdı

Oksford Universiteti və “AstraZeneca” əczaçılıq şirkəti tərəfindən birgə hazırlanan koronavirusa qarşı peyvəndin sınaqların son mərhələsində peyvənd mənfi reaksiya verdiyi üçün dayandırılıb.

 

AzEdu.az xəbər verir ki, “AstraZeneca” şirkəti sınaqda iştirak edən bir nəfərdə izahı olmayan xəstəlik ortaya çıxdıqdan testlərin dayandırıldığını və bunun gündəlik bir prosedur olduğunu açıqlayıb.

 

Şirkət yaranan problemin səbəbini araşdırır.

 

Oksford Universiteti və “AstraZeneca” tərəfindən birlikdə hazırlanan peyvənd ən çox təsirli olması ehtimal edilən peyvənd arasındadır və diqqətlə izlənilir.

 

Peyvəndin birinci və ikinci sınaq mərhələləri uğurla başa çatıb. Artıq sınaqların üçüncü mərhələsidir. (Azərtac)