Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-08 13:47:00
AzTU-nun gənc müəlliminin məqaləsi fəxri fərmana layiq görüldü

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) ölkənin gənc alimləri arasında keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin mükafatlandırılması olub.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin gənc müəllimi Qəzənfər Axundovun “İntermodal daşımalarda terminal-logistik kompleksinin emal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda yazdığı məqalə fəxri fərmana layiq görülüb.

 

AzTU-nun rektoru Vilayət Vəliyev gənc müəllim Qəzənfər Axundovla görüşüb və təbriklərini çatdırıb.