Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-07 18:00:00
  Azərbaycanda koronavirusa yoluxma yenidən ikirəqəmliyə düşdü

Azərbaycanda koronavirus infeksiyasına  89 yeni yoluxma faktı qeydə alınıb,  132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Bu barədə Modern.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

 

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış  3  nəfər vəfatedib.

 

Azərbaycanda indiyədək ümumilikdə 37418 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 34837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2030 nəfərdir. Yeni yoluxma hallarının müəyyənləşdirilməsilə bağlı lkədə son sutka ərzində 3936, ümumilikdə isə 967040 test aparılıb.