Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-07 09:37:00
Çində məktəblilərə hücum olub, xəsarət alanlar var

Çinin mərkəzi hissəsindəki Xunan əyalətində bıçaqla silahlanmış şəxsin hücumu nəticəsində dörd şagird yaralanıb.

 

AzEdu.az-ın məlumatına görə, bu barədə “Sina” informasiya portalı bildirib.

 

Agentliyin məlumatına görə, hadisə Çjanszyasze şəhərində olub. Polis artıq hadisəni törədən şəxsi saxlayıb.

 

Bütün yaralılar yaxınlıqdakı xəstəxanaya göndərilib. Hadisənin başvermə səbəbi araşdırılır, istintaq aparılır.