Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 17:16:00
BMU-nun magistratura səviyyəsi üzrə qəbul planında uğurlu göstəricilər

Məlum olduğu kimi, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.  Ümumi nəticələrə əsasən, Bakı Mühəndislik Universiteti (BMU) üzrə yüksək göstəricilər qeydə alınıb. Belə ki, boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunduqdan sonra universitetə magistratura səviyyəsi üzrə qəbul planı 98 faiz dolub. 

 

BMU-dan AzEdu.az-a bildirilib ki, bu il universitetin magistratura səviyyəsi üzrə 15 ixtisas və 19 ixtisaslaşma üzrə 160 yer ayrılmışdı, onlardan 125 yer Azərbaycan bölməsinin, 35 yer isə ingilis bölməsinin payına düşürdü. MBA proqramında isə 6 ixtisaslaşma üzrə 115 yer ayrılmışdı ki, onlardan 85 yer Azərbaycan, 30 yer ingilis bölməsi üçün nəzərdə tutulmuşdu.

 

Məlumat üçün bildirilib ki, artıq magistratura səviyyəsi üzrə boş qalan yerlərə qəbul olanların qeydiyyatının aparılmasına start verilib və bu proses sentyabr ayının 9-na kimi davam edəcək. Sənədlərlə bağlı daha ətraflı məlumatları göstərilən linkə (http://www.beu.edu.az/az/announcement/baki-muhendislik-universitetinin-magistratura-pillesine-daxil-olmus-bakalavrlarin-nezerine-46)  daxil olmaqla əldə etmək mümkündür.