Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 15:16:00
Ağdam rayon 9 nömrəli tam orta məktəb üçün modul tipli bina quraşdırılır

Ağdam rayon 9 nömrəli köçkün tam orta məktəbi üçün Bərdə rayonunda modul tipli məktəb binası quraşdırılır.

 

AzEdu.az xəbər verir ki, binanın tikinti-quraşdırma işləri Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” 2020-ci il 6 may tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına həyata keçirilir.

 

96 şagird yerlik məktəb binası 10 sinif otağı, müəllimlər otağı, kitabxana və sanitar qovşaqdan ibarətdir. Hazırda binada son tamamlanma işləri aparılır. Məktəb binasının yeni tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, son illərdə respublikamızda ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblərin quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin üstünlüyü onların azməsrəfli olması, qısa müddət ərzində istənilən relyefdə quraşdırılması, asan daşınması, sinif otaqlarının sayının şagirdlərin sayına uyğun olaraq rahatlıqla azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin tikintisində əsasən yerli istehsal məhsullarında istifadə edilir. (Azərtac)