Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 11:14:00
BMU-nun əməkdaşları beynəlxalq konfransda iştirak edib

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov və universitetin müəllimi Xəyalə İbrahimova onlayn keçirilən Beynəlxalq Avrasiya İqtisadiyyatları Konfransında (AVECON2020) iştirak edib.

 

AzEdu.az xəbər verir ki, konfransda E.Süleymanov UNEC-in professoru Fərhad Rəhmanovla “Azərbaycan Respublikasında səhiyyə sisteminin idarəedilməsində innovativ potensialın analizi” (“Analysis of Innovative Potential in Healthcare Management of The Republic of Azerbaijan) mövzusunda, həmçinin X.İbrahimova F.Rəhmanovla birgə “Azərbaycanda dövlət xidmətinin keyfiyyətinin yaxşılaşdırılmasında elektron dövlət və innovativ texnologiyanın inkişafı” (“Development of E-State and Innovative Technology in Improving Public Service Quality in Azerbaijan) mövzusunda təqdimat edib. Hər iki təqdimat konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və tövsiyələr verilib. Bununla yanaşı, müəlliflər mövzu ilə əlaqəli çoxsaylı sualları cavablandırıblar. Tədqiqat işlərinin hər biri 2 ekspertin müsbət rəyindən sonra konfransın nəşrlər siyahısına daxil edilib.  

 

Tədqiqatlara aşağıdakı linklər vasitəsilə baxmaq mümkündür:

 

http://avekon.org/?p=/current/home

 

http://avekon.org/?p=/current/session&s=4&t=B

 

http://avekon.org/?p=/current/paperdetail&id=2358

 

E.Süleymanov indiyə qədər Qazaxıstan, Rusiya, Makedoniya, Özbəkistan və Türkiyədə keçirilən bu konfranslarda aktiv iştirak edərək Azərbaycanı layiqincə təmsil edib.

 

Qeyd edək ki, konfrans onlayn formada Türkiyə Beykent Universiteti, Qırğızıstan Manas Universiteti və Azərbaycanın Odlar Yurdu Universitetinin təşkilatçılığı ilə keçirilib. Artıq 12-ci dəfə təşkil olunan bu mötəbər konfrans hər il Avrasiya coğrafiyasının bir ölkəsində keçirilir. Konfrans keçirilməsinin məqsədi bölgənin cari və gələcək iqtisadi məsələlərini müzakirə etmək üçün bu sahədə çalışan tədqiqatçıları və qərar qəbul edənləri bir araya gətirməkdir. Qloballaşma çərçivəsində iqtisadi inteqrasiya, regional əməkdaşlıq, beynəlxalq ticarət, davamlı böyümə və inkişaf, keçid iqtisadiyyatları, maliyyə, enerji, təbii ehtiyatlar və ətraf mühit konfransın əsas mövzularıdır.

 

Konfransa təqdim olunan məqalələr, təqdimatlar və müzakirələr ingilis, türk və rus dillərində aparılıb. Təqdim olunan məqalələr müvafiq qaydada qeyd olunan jurnallardan (Doğuş Universitetinin Jurnalı, Beykent Universiteti Sosial Elmlər Jurnalı, Manas Sosial Araşdırmalar Jurnalı, Beynəlxalq Avrasiya İqtisadiyyat Konfransının Jurnalı) birində dərc olunacaq.