Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-05 10:29:00
Türkiyəli professor: COVID-19 40° istidə belə məhv olmur

Yeni növ koronavirus (COVID-19) 40° istidə belə məhv olmur, virus hava temperaturuna uyğunlaşır və sadəcə isti havalarda insandan insana ötürülmə sürəti azalır.


AzEdu.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi nəzdində fəaliyyət göstərən koronavirus üzrə elmi şuranın üzvü professor Yeşim Taşova bildirib.

 

Professor virusun insan orqanizminə daxil olmasının qarşısının alınması üçün taxılan maskaların hər 4 saatda bir dəyişdirilməsinin, qapalı məkanların mütəmadi olaraq havalandırılmasının vacibliyini vurğulayıb.