Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 17:21:00
BANM növbəti tədris ili üçün doktoranturaya sənəd qəbulu elan edir

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Bakı Ali Neft Məktəbi 2020/2021-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə doktoranturaya (fəlsəfə doktoru proqramı üzrə) qəbul elan edir.

 

 

Elm sahələri və ixtisaslar 

İxtisasın şifri

Cəmi

Büdcə hesabına

əyani

qiyabi

Yer elmləri:

25

 

 

 

Neft və qaz yataqlarının işlənməsi və istismarı

2525.01

2

2

-

Texnika elmləri:

33

 

 

 

Kimya texnologiyası və muhəndisliyi

3303.01

2

2

-

Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr uzrə)

3338.01

2

2

-

 

 

AzEdu.az xəbər verir ki, sənədlər 07 sentyabr 2020-ci il tarixindən 25 sentyabr 2020-ci il tarixinədək BANM-in Xətai korpusunda (Xocalı prospekti, 30) 312-ci otaqda, həftənin I-V günləri saat 9.00–18.00-a kimi qəbul edilir. 

 

Qəbul qaydaları

1. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş plan üzrə doktoranturaya ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən (magistr dissertasiyasını müdafiə edən), yaxud təhsili ona bərabər tutulan Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar 

 

2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

 

  • Rektorun adına ərizə;
  • Kadrların şəxsi-qeydiyyat vərəqi;
  • Tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • İş yerindən xasiyyətnamə;
  • İş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • Çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • Ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə);
  • Şəxsiyyəti təsdiq edən sənədin surəti.

 

Referat doktoranturaya sənəd təqdim etmiş şəxsin seçdiyi ixtisasa uyğun olmalı, müvafiq elmi problemlərin ətraflı təhlilini özündə cəmləşdirməli, tədqiqatçının elmi axtarışlarının nəticələrini əks etdirməlidir.

 

Sənədlərini təqdim etmiş iddiaçıların siyahisı “Xarici dil” imtahanı vermək üçün Dövlət İmtahan Mərkəzinə (DİM) 30 sentyabr 2020-ci il tarixinədək təqdim ediləcəkdir. Xarici dildən imtahanda keçid balını toplayan şəxslər fəlsəfədən imtahana buraxılacaqlar. Xarici dil üzrə qüvvədə olan beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdiriləcək.

 

Qəbul qaydaları haqqında ətraflı məlumat almaq istəyənlər BANM-in “Davamlı təhsil” fakültəsinə (Xocalı prospekti, 30, 3-cü mərtəbə, otaq 312, tel: (012)521-31-09) müraciət edə bilərlər.

 

Əlaqə:

E-mail: [email protected]

Telefon: 012 521 31 09