Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 16:11:00
İlahiyyat İnstitutunun tələbələrinə pulsuz yemək və geyim veriləcək

Nazirlər Kabineti Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarını təsdiq edib.

 

AzEdu.az xəbər verir ki, bu normalara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində müəyyən edilib.

 

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

 

Bu vəsait Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.