Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 16:47:00
İkili diplom proqramı üzrə sənəd qəbulunun müddəti uzadılıb

Koreya Respublikasının İNHA ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə sənəd qəbulunun müddəti 8 sentyabr 2020-ci il tarixinədək uzadılıb.

 

Təhsil Nazirliyindən  AzEdu.az -a verilən məlumata görə, bakalavriat səviyyəsində təhsil dörd il müddətində və ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə İNHA-dakı təhsil ili üçün əlavə olaraq koreya dili tədris ediləcək.

 

İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.