Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-04 10:37:00
3 nəfər azərbaycanlı Qazaxıstanda təhsil almaq imkanı qazanıb

Azərbaycan və Qazaxıstanın təhsil nazirlikləri arasında uğurlu əməkdaşlığın nəticəsi olaraq, ümumilikdə 3 nəfər azərbaycanlı 2020-2021-ci tədris ili üzrə Qazaxıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb.

 

Təhsil Nazirliyindən AzEdu.az -a verilən məlumata görə, müvafiq sazişə əsasən, seçim barədə Qazaxıstan Respublikası tərəfindən verilən yekun qərar nəticəsində Azərbaycan vətəndaşları “Abai Kazakh National Pedagogical University”, “L.N. Gumilyov Eurasian National University” və  “Al-Farabi Kazakh National University” ali təhsil müəssisələrində pedaqogika, dizayn, maliyyə ixtisas istiqamətləri üzrə  təhsil almaq hüququ qazanıb.

 

Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə elan cari ilin 4 mart tarixində verilmişdi.