Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-09-01 11:48:00
BANM-ın müəlliminin ingilis dilində "Kimyanın Əsasları" dərs vəsaiti nəşr olunub

Son illər Azərbaycanın ali məktəblərində ingilis dilində təhsil alan tələbələri müasir dərsliklərlə təmin etmə tələbatı artmaqdadır. Bununla əlaqədar, Bakı Ali Neft Məktəbinin “Kimya mühəndilsiyi” kafedrasının müdiri, dosent Sevda Fətullayevanın çapa hazırladığı “Fundamentals of Chemistry” (Kimyanın Əsasları) adlı dərs vəsaiti günün tələblərinə uyğundur.

 

AzEdu.az xəbər verir ki, dərs vəsaiti 200 səhifədən, 3 fəsildən ibarətdir və 200 tirajla çap olunub.

 

Təqdim olunan dərs vəsaiti ingilis dilində oxuyan və universitetlərə qəbulda Kimya fənni üzrə imtahan verməyə hazırlaşan, hazırlıq kurslarının tələbələri, həmçinin  Kimya və Mühəndislik ixtisasları üzrə təhsil alan ali məktəb tələbələri üçün nəzərdə tutulub.

 

Təqdim olunan dərs vəsaiti Kimya fənni üzrə Təhsil Nazirliyinin təsdiq etdiyi tədris proqramı və çoxillik təcrübələr əsasında Azərbaycan universitetlərində kimya ixtisasları tələbələri üçün təsdiq olunmuş proqramlara uyğun olaraq hazırlanıb, qəbul proqramını və xaricdə tədris olunan xüsusiyyətləri özündə tam əks etdirir.

 

Bu dərs vəsaitin buraxılmasında əsas məqsəd hazırlıq kurslarının tələbələrini Kimya fənni üzrə yığcam, sistemli yazılmış tədris materialı ilə təmin etməkdir. Bu kitab ümumi, qeyri-üzvi və üzvi kimyaya aid nəzəri məsələləri əhatə etdiyindən tələbələr üçün çox dəyərli bir vəsait olacaqdır.

 

Tələbələrə kimyanın əsasları və nəzəriyyələri, xüsusən, maddə quruluşu, məhlullar, kimyəvi termodinamikanın əsasları, elektrokimya, kimyəvi kinetika, turşular və əsaslar anlayışları, elementlərin təsnifatı, qeyri-üzvi və üzvi birləşmələrin alınma üsulları, xassələri, tətbiqi haqqında əsas məlumatlar verilir. Hər bir fəsildə vacib olan yığcam nəzəri hissələr verilib, eləcə də müxtəlif xarici ədəbiyyat mənbələrinə istinad edilib.

 

Bu dərs vəsaiti BANM-lə yanaşı, digər universitetlərinin tələbələrinə tövsiyə olunur.