Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 17:08:00
BMU Qadınlar Şurası pandemiya dövründə növbəti yardım aksiyası təşkil edib

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurasının növbəti yardım aksiyası baş tutub. Bu dəfəki yardım aksiyasında BMU-nun texniki heyətində çalışan kişi əməkdaşlar yer alıb. Belə ki, pandemiyanın davam etdiyi dövrdə onlara ərzaq yardımı göstərilib.

Qadınlar Şurasının sədri Ətrabə Gül pandemiya dövründə dövlətin aztəminatlı ailələrə olan diqqət və qayğısından bəhs edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb.

Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən etibarən universitetin ictimai-sosial həyatında fəal iştirak edən, davamlı olaraq yardıma ehtiyacı olan ailələri müəyyənləşdirən və onlara yardımlar edən BMU-nun Qadınlar Şurası yaxın günlərdə yeni yardım aksiyası keçirməyi planlaşdırır.