Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 12:35:00
Bakı metrosu fəaliyyətini bərpa edir? - AÇIQLAMA

Bakıda metronun açılması Nazirlər Kabineti yanında operativ qərargahın qəbul edəcəyi qərardan asılıdır.

AzEdu.az xəbər verir ki, bunu  “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. 

O bildirib ki, operativ qərargahın qəbul etdiyi qərara görə, metropoliten fəaliyyətini sentyabrın 15-dək dayandırıb:

“Metronun fəaliyyətinin bərpası ilə bağlı yekun qərarı qərargah verəcək. Stansiyalar sentyabrın 15-i də açıla bilər, daha tez də. Bu barədə mən dəqiq məlumata sahib deyiləm. Lakin, bu, ölkədəki epidemioloji vəziyyətdən asılıdır. Əgər vəziyyət tam stabil qalarsa, metronun fəaliyyəti sentyabrın 15-dən əvvəl də açıla bilər. Amma hələ ki heç bir göstəriş yoxdur”.

Onu da qeyd edək ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Bakı Metropoliteni” QSC-i sentyabr ayının 13-dən öz faəliyyətini bərpa edə bilər.

Xatırladaq ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə ölkə ərazisində sərtləşdirilmiş karantin rejiminin müddəti 30 sentyabra qədər uzadılsa da, metro stansiyalarının fəaliyyəti sentyabrın 15-i səhər saat 06:00-a kimi dayandırılıb. (oxu.az)