Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-31 09:11:00
DİM-də avqustun 30-u TOEFL iBT imtahanı keçirilib

Ehtiyat tədbirləri çərçivəsində imtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.

 

AzEdu.az xəbər verir ki, imtahanda 13 nəfər iştirak edib və imtahanın gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. 

 

İmtahan nəticələrini ETS-in saytında 6 gün sonra onlayn şəkildə öyrənmək mümkün olacaq. 

 

Qeyd edək ki, növbəti TOEFL iBT imtahanının sentyabrın 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında linkdən ətraflı məlumat əldə edə bilərsiniz: http://www.dim.gov.az/activities/exams/toefl/