Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-30 10:14:00
Təhlükəli asteroid Yerin yaxınlığından keçəcək

ABŞ-ın aeronavtika və kosmik sahənin tədqiqatı üzrə Milli İdarəsi (NASA) 22-49 metrə qədər diametrə malik asteroidin Yer kürəsinə yaxınlaşması haqqında xəbərdarlıq edib.

Bu barədə AzEdu.az TASS-a istinadən xəbər verir.

İdarənin məlumatına görə, “2011 ES4” adı almış asteroid sentyabırın biri  planetimizin yanından 120 milyon kilometr məsafədə, 8 km/s sürətlə keçəcək.

Asteroid 2011-ci ilin mart ayında kəşf edilib. Astronomlar onu Apollona - orbitləri Yer kürəsinin orbiti ilə kəsişən asteroidlərə aid edirlər.