Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 14:29:00
AzTU məzununun uğur hekayəsi layihəsi davam edir

Abuzər Mirzəliyev 1980-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti-AzTU)  Mexanika (indiki Maşınqayırma və robototexnika) fakültəsini bitirib.

 

AzEdu.az xəbər verir ki, AzTU-da laborant, baş laborant, laboratoriya müdiri vəzifələrində çalışıb. 1984-88-ci illərdə aspiranturada təhsil alıb, 1990-cı ildə isə namizədlik dissertasiyasını müdafiə edib. 1992-ci ilə qədər İstilik mexanikası kafedrasında assistent, 1992-ci ildən isə Hidravlika və HPQ kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində çalışıb.  2006-cı ildə İstilik və soyuqluq texnikası kafedrasının dosenti olub. 2007-ci ilin may ayından indiyə kimi AzTU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru vəzifəsini icra edir.

 

Abuzər Mirzəliyev Azərbaycan Respublikası Prezidentinin 10 noyabr 2011-ci il tarixli sərəncamına əsasən “Əməkdar mühəndis” fəxri adını alıb.

 

O, 26 elmi məqalənin və bir  dərs vəsaitinin müəllifidir.