Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 13:52:00
TƏBİB qrip əleyhinə hansı vaksindən istifadə ediləcəyini açıqladı

“Payız-qış mövsümündə 4 valentli qrip əleyhinə vaksinlərdən istifadə olunacaq”.

 

AzEdu.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, vaksinlər qripə qarşı immuniteti olmaları üçün sağlam insanlara vurulur: “Vaksinlər sınanmış və zərərsizdir. Bunun da, ilk növbədə, risk qrupuna aid şəxslərə vurulması nəzərdə tutulur. Bu da koronavirusa qarşı onların immun sistemini gücləndirməyə şərait yaradacaq”.

 

Report