Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-29 13:12:00
Universitetlərdə mühazirələr onlayn olacaq

“Dərslərin başlanması adi qaydada olmayacaq. Hazırda yeni yanaşmalar müzakirə edilir”. 

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi Komitənin sədri Akif Qurbanov Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib. 

 

Onun sözlərinə görə, məktəblərdə sıxlıq maksimum dərəcədə azaldılmalıdır: “Aşağı siniflərdə dərslərə başlanılsa da, onlayn tədrisdən istifadə etmək lazım olacaq. Universitetlərdə isə mühazirələr birmənalı şəkildə onlayn olacaq. Adi praktik məşğələlər də onlayn formada olacaq. Hesab etməyək ki, sentyabrın 15-də dərslər ənənəvi formada həyata keçiriləcək. Yekun qərarı gözləmək məsləhətdir”.

 

Report