Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-28 12:36:00
“Məktəblərlə  bağlı hələ yekun qərar olmayıb,  amma, real variant budur”- Sədr müavini  

 

“Hesab edirəm ki,  pandemiya ilə əlaqədar 2020-2021-ci tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev tərəfindən verilən ətraflı məlumatın əlavə şərhə ehtiyacı yoxdur. Çünki, nazirin çıxışında yeni tədris ilində  təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı bütün detallar xırdalıqlarına və incəliklərinə qədər  açıqlanıb, kimlərəsə qaranlıq görünən məqamlarla bağlı suallar imkan daxilində cavablandırılıb”.

 

 

Bunu AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, ekspert Nadir İsrafilov  bildirib. O, dünən Təhsil  naziri Emin Əmrullayevin Operativ Qərargahın brifinqində səsləndirdiyi qərarlar və fikirlərə münasibət bildirərkən bir sıra vacib detallara toxunub:

 

 

“Ən başlıcası isə uzun müddətdən bəri geniş içtimaiyyəti düşündürməkdə davam edən narahatçılıq və nigarançılığa son qoyulub – məktəblər açılır. Nə vaxt açılır, necə açılır, bu da artıq təxmini planlaşdırılıb. "Bildiyiniz kimi Azərbaycan Rspubilkasında tədris ili sentyabrın 15-də başlıyır. Bu hələ də qüvvədə olan normadır. Təbii ki, xüsusi şərtlərlə 15 sentyabrda, bütün təhsil müəsissələrində tədris yenidən bərpa olunacaqdır."

 

Belə bir qənaətə gəlinmə əsasında hazırlanan planlaşdırma kiminsə subyektiv fikirləri əsasında deyil, uzun müddətdən bəri öyrənilən və geniş təhlili aparılan ümumi ictimai rəyin əsasında ərsəyə gətirilib. Çoxları bilməmiş deyil ki, hələ avqustun əvvəlində nazir Emin Əmirullayev İctimai Şuranın üzvləri ilə videkonfrans vasitəsilə ilk görüşünü keçirdi.  Bundan başqa nazirin Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvləri, özəl məktəb direktorları, hətta bir qrup valideyn və şagirdlərlərlə onlayn formatda görüşləri olub. Bundan başqa, Təhsil İnstitutu araşdırmalar aparıb, təkliflər paketi təqdim ediblər. Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası" da təhsil mütəxəssislərinin bilavasitə iştirakı ilə təhsil prosesinin səmərəli təşkilinə ictimai dəstək" mövzusunda onlayn konfrans keçirib və s. və i.a

 

Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasında da birmənalı şəkildə bildirilir ki, məktəblərin açılması ilə bağlı qərarın qəbulu zamanı əsas məsələ ondan ibarətdir ki, ümumi epidemioloji kontekstdə uşaqların və əməkdaşların sağlamlıqları üçün riskləri nəzərə alaraq bu müəssisələrin fəaliyyətini maksimum təhlükəsiz dərəcədə necə təşkil etmək olar. Əgər biz virusun yayılmasına nəzarət edə bilsək, tədris müəssisələrinin açılması həm şagirdlər üçün, həm də orada işləyənlər üçün təhlükəsiz olacaq. Məktəblərin təhlükəsiz fəaliyyəti üzrə variantlar məktəb şəraitində şəxsi gigiyena və sosial məsafə tədbirlərinə əməl etmək, eləcə də konkret şərtlər nəzərə alınmaqla digər tədbirlərin çevik və səmərəli tətbiqini əhatə edir.

Başqa sözlə, tədris prosesinin təşkili ilə bağlı təkliflərin hazırlanması zamanı təhsilalanların yaş qrupları və öyrənmə ehtiyacları, təhsil pillələrinin xüsusiyyətləri, təhsil infrastrukturunun imkanları, ölkənin müxtəlif bölgələrində epidemioloji vəziyyət və ölkədə karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlər nəzərə alınır. təhsildə aşkarlıq, şəffaflıq, demokratiklik, humanistlik prinsipləri gözlənilir.

 

Lakin bu hələ son deyil. 1 sentyabr 2020-ci il tarixdə saat 17:00-da TAM (Teaching Advancement Matrix) və Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın birgə təşkil etdiyi "Təhsildə Yeni Çağırışlar" Beynəlxalq Online Forumu keçiriləcəkdir. Maraqlı çıxışlar və müzakirələrin təşkili planlaşdırılır. Yeli mütəxəssislərlə yanaşı xarici qonaqların, o cümlədən PİSA-nın direktorunun məruzəsi dinləniləcək. Bir sözlə müzakirələr  davam edir və Təhsildə Yeni Çağırışlarlara hazır olmaq üçün davamlı işlər gedir.

 

Şəraitə və situasiyaya uyğun lokal xarakterli diferensial yanaşma yekun qərar olmayıb, ümumi rəyə əsaslanan təkliflərdən ibarət təxmini planlaşdırma olsa da, bu gün üçün hələ ki, real variant budur...

Firayə Allahverdiyeva
Müəllifin digər yazıları