Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 15:07:00
Məktəblərdə maska taxmaq məcburi olacaq-FRANSADA  

Maska taxmaq istisnasız olaraq məcburidir. Bu, sentyabrın 1-dən başlanacaq yeni tədris ilində sanitar protokolun əsas prinsipidir.

 

AzEdu.az xəbər verir ki, bu fikri Fransanın Təhsil naziri Jan-Mişel Blanke dərs ilinin başlaması ilə əlaqədar ənənəvi mətbuat konfransında deyib. O bildirib ki, maska taxmağın məcburi olması ibtidai sinif müəllimlərinə də aiddir. Nazirlik maska taxılmasına dair əvvəlcə müəyyən istisnalar nəzərdə tutsa da, hazırkı vəziyyətlə bağlı olaraq onlar ləğv edilib.

 

Təhsil naziri qeyd edib ki, məktəblərdə ödənişsiz maska paylanmayacaq. Ancaq hər bir məktəblinin dərsdə iştirakını təmin etmək məqsədilə məktəblərdə maska ehtiyatı nəzərdə tutulur ki, bu da aztəminatlı ailələrin uşaqlarına veriləcək. Nazirlik milli təhsil işçilərini maska ilə təmin edəcək. Habelə fiziki qüsurlu uşaqlarla işləyən müəllimlərə şəffaf maskalar veriləcək.

 

Sanitar protokolun ilin sonunadək dəyişməyəcəyi, yoluxma halı aşkarlandıqda həmin siniflərin və ya məktəbin bağlanacağı vurğulanıb.

 

Qeyd edək ki, Fransada sentyabrın 1-də 12 milyon şagird məktəbə gedəcək.

 

Azərtac