Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-27 14:55:00
BMU tələbələri 2020 yay təcrübə proqramında iştirak hüququ qazanıblar

24 avqust 2020-ci il tarixində start götürən “166 Logistika Akademiyası” 2020 yay təcrübə proqramında Bakı Mühəndislik Universitetinin (BMU) 4 məzunu iştirak hüququ qazanıb.

 

AzEdu.az xəbər verir ki, Vüsal Salayev, Emil Abazov, Hüseyn Əliyev və Aygül Mehdiyeva “166 Yükdaşıma və Logistika” şirkətində 3 aylıq ödənişli (şirkət tərəfindən ödəniş olunaraq) təcrübə proqramına qatılmaq imkanı əldə ediblər.

 

2020 Yay təcrübə proqramının həyata keçirilməsində əsas məqsəd Azərbaycanın logistika sahəsində istedadların üzə çıxarılması, gənc kadrların yetişdirilməsi, ənənəvi və yeni metodlarla tanış edərək təcrübələrinin artırılması, onlara əlverişli iş mühiti yaratmaqla ölkədə peşəkar kadrların hazırlanmasına yeni töhfə verməkdir. Seçim mərhələsində ümumilikdə 350 nəfər iştirak edib və onlardan 41 nəfəri bu mərhələləri uğurla keçib.

 

“166 Logistika Akademiyası” yay təcrübə proqramında iştirak hüququ qazananlar ölkənin müxtəlif universitetlərindən olan tələbə və məzunlardır. Onlar şirkətin əsas departamentlərində yer alaraq peşəkar əməkdaşlar tərəfindən logistika və nəqliyyat, satış, marketinq və biznesin inkişafı, maliyyə, mühasibatlıq, insan resursları və s. sahələrdə praktiki, eyni zamanda nəzəri bilik və bacarıqlara yiyələnəcəklər. Təcrübə proqramına qatılan iştirakçılar təcrübəçi olaraq rəsmi qeydiyyata alınacaq və proqramı uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim olunaraq “166 Yükdaşıma və Logistika” şirkətində işlə təmin olunmaq imkanı əldə edəcəklər.