Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-26 17:39:00
Koronavirusa təkrar yoluxmanın səbəbləri açıqlandı

Koronavirusa təkrar yoluxma immunitet sisteminin fərdi xüsusiyyətlərindən asılıdır.

 

AzEdu.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklər üzrə baş mütəxəssisi Vladimir Çulanov bildirib.

 

Onun sözlərinə görə, COVID-19-a təkrar yoluxma halları çox nadir də olsa baş verir.

 

“Koronavirusa yenidən yoluxma insanın immunitet sisteminin fərdi xüsusiyyətlərindən asılıdır. Məsələn, sağalan insanın zəifləmiş immuniteti kifayət qədər anticism istehsal etməyə bilər”, - deyə o bildirib.

 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı da COVID-19-a yenidən yoluxma hallarını istisna etmir.