Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-26 16:21:00
LDU-da  Mehriban xanım Əliyevanın doğum gününə həsr olunan onlayn seminar keçirildi

Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum gününə həsr edilmiş  “Qlobal pandemiyanın Azərbaycan iqtisadiyyatına təsirləri və onunla mübarizənin milli strategiyası” mövzüsündə onlayn  seminar  keçirilib.

 

AzEdu.az-ın məlumatına görə, onlayn seminara Lənkəran Dövlət Univeristetinin professor-müəllim heyəti və tələbələri qatılıb.Tədbiri LDU-nun   İqtisadiyyat fakültəsinin dekanı dos.Gülbəniz Əliyeva açıb və ilk öncə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı doğum günü münasibətilə  konfrans iştirakçıları, həmçinin, LDU-nun rektoru vəzifəsini icra edən prof.Natiq İbrahimovun, professor-müəllim-tələbə heyətinin adından təbrik edib, Azərbaycan dövlətinin inkişafı, xalqımızın tərəqqisi yolundakı fəaliyyətində  uğurlar arzulayıb.Seminarın olduqca aktual mövzuya həsr edildiyini deyən G.Əliyeva  COVİD-19 pandemiyasının milli iqtisadiyyata,  məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması istiqamətində ölkədə, o cümlədən LDU-da  görülən tədbirlərdən danışıb,bu yöndə  makroiqtisadi prioritetləri ətraflı  şərh edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın sağlamlığı, təhlükəsizliyinin qorunması, sosial müdafiəsi ilə bağlı çoxşaxəli fəaliyyətindən söz açan məruzəçi bu işlərin xalqın ürəyincə olduğunu, onların rifahına xidmət etdiyini,  mənafeyi ilə üst-üstə düşdüyünü xüsusi vurğulayıb.  

 

 Çıxışçılar koronavirus  pandemiyasının Azərbaycan iqtisadiyyatına təsirləri və dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədəyönlü, qabaqlayıcı tədbirlər nəticəsində iqtisadiyyata dəyən ziyanın minimuma endirilməsi,LDU-da bu   istiqamətdə görülən işlər, qarşıda duran vəzifələrlə  bağlı geniş fikir mübadiləsi ediblər.