Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-26 16:35:00
“Virtual məktəb”də müəllimlər üçün növbəti STEM təlimi davam edir

“Virtual məktəb”də müəllimlər üçün STEM təlimləri davam edir.

 

Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsindən AzEdu.az-a verilən məlumata görə, avqustun 27-də “Microsoft Hacking STEM dərsləri” mövzusunda təlim keçiriləcək. Təlim zamanı təlimçi-müəllimlər tərəfindən real həyat problemlərinin həllinə yönəlmiş “Alternativ enerji mənbəyi - limon batareyası” və “Fənər” dərsləri nümayiş olunacaq, müxtəlif materiallardan onların hazırlanması qaydası izah ediləcək. Eyni zamanda, bu dərslərin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn real həyat problemlərini həll etməsi və şagirdlərdə müvafiq bacarıqları formalaşdırması məsələsi müzakirə olunacaq.