Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-26 14:30:00
Dövlət qulluğu üzrə müsahibədə indiyədək 147 nəfər uğur qazandı  

Ümumilikdə 35 dövlət orqanında 623 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 13-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.

 

DİM-də AzEdu.az-a verilən məlumata görə, müsahibədə indiyədək 147 nəfər uğur qazanıb. Onlardan 46-sı Dövlət Statistika Komitəsində, 30-u Kənd Təsərrüfatı Nazirliyində, 21-i Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 10-u Energetika Nazirliyində, 9-u Bakı Ağır Cinayətlər Məhkəməsində, 8-i Ekologiya və Təbii Sərvətlər Nazirliyində, 7-si Bakı şəhəri Səbail Rayon Məhkəməsində, 4-ü Abşeron Rayon Məhkəməsində, 2-si Sumqayıt Şəhər Məhkəməsində, 2 nəfər isə Qəbələ Rayon Məhkəməsində müxtəlif vəzifələrə uyğun bilinib.

 

Xatırladaq ki, müsahibədə iştirak etmək üçün 2710 nəfər sənəd verib. Müsahibə oktyabrın 7-də başa çatacaq.