Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-26 12:25:00
ÜST: Bu uşaqların maska taxmasına ehtiyac yoxdur

“Ümumdünya Səhiyyə Təşkilatı, UNICEF və Beynəlxalq Pediatrik Assosiasiyası ilə bir araya gələrək uşaqların tibbi maskadan istifadəsi ilə bağlı statistikaya nəzər yetiriblər”.

 

AzEdu.az-ın məlumatına görə,  bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) COVID-19 üzrə sözçüsü Marqaret Harris "Real TV"yə müsahibəsində deyib.

 

Onun sözlərinə görə, ÜST 5 yaşından aşağı uşaqların tibbi maska taxmasına ehtiyac görmür:

 

“Lakin müəyyən şəraitdə onların da maska taxmasl vacib ola bilər. 5 yaşından yuxarı uşaqların isə tibbi maskadan harada, necə istifadə etməsi ilə bağlı isə tövsiyə və təlimatlarımız var”.