Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 12:36:00
9 illik təhsil bazasından kolleclərə qabiliyyət imtahanları başlayıb    

Bu gün 9 illik orta təhsil bazasında kolleclərin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qeydiyyatdan keçmiş abituriyentlərin qabiliyyət imtahanları keçirilir.


Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, imtahanlar 17-21 və 24 avqust tarixlərində keçiriləcək.

 

İmtahanlar təsviri sənət, musiqi sənəti və teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə keçiriləcək. Ümumilikdə 15 Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyası (YQYK) təşkil ediləcək. 8 komissiya üzrə qabiliyyət imtahanları ilk dəfə olaraq onlayn keçirilir.

 

İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Bərdə şəhərlərində 7 binada təşkil ediləcək.

 

Qeyd edək ki, imtahana buraxılış vərəqəsi abituriyentin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.