Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-08-17 11:31:00
“Abituriyent” jurnalının xüsusi buraxılışı çapdan çıxıb

Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili pilləsi üzrə subbakalavr peşə-ixtisas dərəcəsi almış və ali təhsil müəssisələrinə müsabiqə yolu ilə qəbul olmaq istəyən şəxslər üçün “Abituriyent” jurnalının xüsusi buraxılışını çap edib

DİM-dən AzEdu.az-a bildirilib ki, xüsusi buraxılışda “2020/2021-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə subbakalavrların ixtisas seçimi elanı”, “Subbakalavr dərəcəsini almış şəxslərin ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbulu ilə bağlı ixtisas uyğunluğu cədvəli və digər faydalı məlumatlar təqdim olunub.

 

Xatırladaq ki, subbakalavrların ixtisas seçimi qəbul imtahanları başa çatdıqdan və imtahan nəticələri elan olunduqdan sonra DİM tərəfindən müəyyən ediləcək müddətdə abituriyentlərlə bir yerdə həyata keçiriləcək. Ali təhsil müəssisələrinə qəbul planı isə “Abituriyent” jurnalının 2020-ci il 4-cü nömrəsində dərc olunacaq.

 

Jurnalı DİM-in Bakı şəhəri, Yasamal rayonu, M.Müşfiq küçəsi, 1M və Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28 ünvanlarında yerləşən binalarındakı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək